Gülçin Tukuk

Məhsul rəhbəri I

Adevinta

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Tələbəlik illərindən bəri həm Azərbaycanda, həm də Avropanın fərqli ölkələrində müxtəlif texnologiya şirkətlərində işləyirəm. Bu müddət ərzində, kurslar və mentorların köməyi ilə qazandığım texniki və qeyri-texniki bacarıqlarımı istifadə edib işlədiyim şirkətlərdə istifadəçilərin problemlərini həll etmək üçün fərqli komandalarla, xüsusilə də, mühəndislərlə yaxından işləməyə başladım.  

İstifadəçi davranışlarını analiz etmək, dataya əsaslanan qərarlar vermək, və onların problemlərini həll edərək bir anda milyardlarla insanın həyatına təsir edə bilmək bacarığı mənə karyeramı bu yöndə istiqamətləndirməyim üçün ilham verdi.  

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Bu hallar son 5 ildə azalmış olsa da, texniki rollara keçid etmək istəyən qadınlarımızın dəstəklənməməsi bir çox şirkətdə qarşılaşdığımız tipik problemlərdən biridir.  

Mən bu kimi hallarla qarşılaşdıqda, neqativ düşüncələrə baxmayaraq, özü üçün şəxsi inkişaf planı qurmağın, bu istiqamətdə bacarıqlı olan mentorlardan dəstək almağın çox faydalı olduğunu düşünürəm. Və təəbiki, doğru mühitdə doğru komanda ilə işləmək də çox vacibdir.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Son illərdə texnologiya sferasında lider pozisiyalarında qadınların sayının artması mənə bir qadın olaraq ilham verir. Belə rol-modelləri, onların uğurlu hekayələrini oxuyaraq bu sferada arzu olunan uğurların əlçatan olduğunu anlayırıq.

Qadınlara məsləhətiniz

Düşüncələrini səlis, rasional və məntiqli şəkildə ifadə etməkdən heç vaxt çəkinmə!

Zövq aldığın və sənə motivasiya verən işlə məşğul ol!

Öyrənmək heç vaxt bitmir- daima özünü inkişaf etdir!