Xəyalə Məmmədova

Təsisçi

Foxy Platform

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Şəkidə təhsil almağıma baxmayaraq, məktəbi bitirdikdən dərhal sonra Bakıya gəlib, müxtəlif istiqamətlərdə özümü yoxlamışam. İşim daha çox reklam və marketinq üzrə olsa da, bir müddət sonra bunu spesifikləşdirmişəm və influnser marketinq sahəsində işləməyə başlamışam. Bakıda bir neçə qlobal marka və qlobal brendlə bu sahə hələ yenii yarananda iflunser marketinq işi görmüşəm. Nəticədə isə artıq öz influnser platformamı yaradıb, ölkənin ən böyük şirkətləriylə əməkdaşlıq edirəm.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Bu yolda çox çətinliklərlə qarşılaşmışam. Xüsusən ölkə və dünya üçün yeni sahədə olduğumuzu nəzərə alaraq, ilk başda bu işi insanlara başa salmaq, onları bu sahəyə inandırmaq çətin olurdu.  Bundan əlavə “qadınlar bacarmaz”, “qadınla iş görməzlər” kimi çox şey eşitmişəm. Lakin prosesdə bütün bunları aşmağın və öz xeyrimə çevirməyin mümkünlüyünü də görmüşəm. 

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Ətrafımdakı qadınların uğur hekayələri məni çox ilhamlandırır. İnsan həmcinslərinin bacardığını gördükdə özünə daha da çox inanır. Bundan əlavə başlayanda heç ağlıma da gəlməzdi ki, Türkiyə, Qazaxıstan kimi fərqli ölkələrdən, fərqli böyük şirkətlərlə işbirliyi edə bilərəm. Bu uğurlarım məni daha da ilhamlandırır və daha çox çalışmama səbəb olur. 

Qadınlara məsləhətiniz

Əslində əsas tövsiyəm odur ki, özlərinə güvənsinlər və başlasınlar. Çünki işə başladıqdan sonra gerisi gəlir. Təbii ki, maneə və çətinliklər daha da artır, amma bununla bərabər maddi və mənəvi olaraq insanın qazandıqları, təcrübəsi də artır. Bir də mənfi heç bir reaksiyaya, hadisəyə qulaq asmasınlar. Bu onları ruhdan sala bilər. Qadınlar isə qətiyyən ruhdan düşməməlidir!