Leyla SurxayzadəHəmtəsisçi Mevzu |
Bu işə necə başlamısınız, necə qərar vermisiniz? Qadınların qarşı cinslə münasibətə başlamaqda çətinlik çəkməsi özünü onlayn tanışlıq tətbiqlərindən istifadədə də biruzə verir. Təkcə Türkiyəyə baxsaq görərik ki, 1 qadın istifadəçiyə 11 kişi istifadəçi düşür. Azərbaycandakı statistikanı bilməsək də, təxmin edirik ki, rəqəmlər oxşardır, hətta bu uçurum daha böyükdür. Beləliklə də, onlayn tanışlıq hər iki tərəf üçün çox yorucu olmağa başlayır. İstanbulda işlədiyim bir şirkətdə, iş yoldaşımın bu problemin həlli üçün ortaya atdığı fikir məni həyəcanlandırdı və bu işi birlikdə qurmağa qərar verdik. Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr. Bu sualı bir az dəyişirib bir qadın olaraq startup qurmağın və onu davam etdirməyin hansı çətinlikləri ola bilər sualına cavab vermək istəyərəm. Dünyada 1500-ə yaxın tanışlıq saytı və tətbiqi var. Bunlardan populyar olan cəmi 4-ünün qurucusu qadındır. Türkiyə və Azərbaycan kimi ölkələrdə tanışlıq saytlarında qadınlar öz kimliyini rahat şəkildə göstərə bilmirlər. Belə bir startapın qurucusu olmaq da xüsusilə investisiya axtarışları zamanı çətinliklər doğurdu. Dünyada və ölkədə baş verən iqtisadi çətinliklər, İT sahəsində uyğun insan resursunun olmaması da prosesimizi ləngitdi. Əlavə qazanc yeri ilə birlikdə startupı davam etdirmək özlüyündə asan deyil. Bütün bunlarla birlikdə yolumuza davam edirik. Bir qadın kimi sizi ilhamlandıran məqamlar Hər sahədə, xüsusilə İT, süni intellekt sahələrində və startuplarda qadınların sayının artdığını görmək məni ilhamlandırır. Gördüyümüz işin bəhrəsini görmək də mənə ilham verir. Keçən il “dataya əsaslanan məhsul” kateqoriyasında #Felis2022 mükafatı və “mobil tətbiq dizaynı” kateqoriyasında Istanbul Marketing Awards mükafatını qazanmağımız komandamız üçün motivasiya oldu. Qadınlara məsləhətiniz Vaxt keçdikcə biz böyüdüyümüz ailə və cəmiyyətin təsirinə məruz qalaraq iç səsimizə qulaq asmağı unuduruq. Olduğumuz mühiti dəyişdirmək, yeni insanlar tanımaq bizə heç vaxt fərqində olmadığımız yolları aça, fürsətləri gətirə bilər. Özümüzə bu icazəni verməli, öz dəyərimizi ortaya çıxarmalıyıq. Ətrafın uğultusuna qarşı iç səsinizi kəşf etməyi və onu dinləyərək irəliləməyi tövsiyə edirəm. İç səsinizlə ətrafınız həmahəng olanda doğru yolda olduğunuzu anlayacaqsınız. |