Leyla TağızadəTəsisçi və Direktor NewSpace Innovation |
Bu işə necə başlamısınız, necə qərar vermisiniz? Həkim olduğuma baxmayaraq, 2015-ci ildə tech ekosisteminə gəlmişəm. Xəstələrimin gündəlik problemlərini izləyərkən, smatfonların onların xeyri üçün necə istifadə edə biləcəyimi həmişə düşünmüşəm. 2016-cı ildə Reseptronu Stanford Universitetində Global Sahibkarlıq Sammitində təqdim etdik. Nəticədə The Founder Institute təqaüdünü qazandım. Akselerasiyadan sonra Azərbaycana geri dönüb şirkətləşdik. COVİD-19 pandemiyası dövründə Reseptron iri farma şirkətindən investisiya aldı. Reseptronda payımın böyük hissəsini satıb, məsləhətçi qismində idarəedici heyətdə qalmışam. Reseptronu qurduğumuz zaman uğur və uğursuzluqlarımız olub. Əldə etdiyim təcrübəni yerli stataplarla bölüşə bilmək üçün Newspace Open Innovation şirkətini təsis etdim. Hal-hazırda Newspace Open Innovation startaplar, iri şirkətlər, beynəlxalq təşkilatlar və dövlət qurumları üçün innovasiya proqramları dizayn edir. Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr. Tibb sahəsində startap qurmaq çox çətin məsələdir. Çünki səhiyyə həddindən artıq tənzim olunan sahədir. Bunun xəstələr üçün müsbət tərəfi varsa mənfi tərəfi də var. Hər yerdə olduğu kimi Azərbaycanda da qanun bazası texnoloji inkişaf ilə ayaqlaşmır. Ona görə yeni texnologiyanı bazara təqdim edərkən bir çox bürokratik əngəllərlə üzləşirsən. Bir qadın kimi sizi ilhamlandıran məqamlar Hər zaman övladlarım üçüm nümunə olmalı olduğumu düşünmüşəm. Və bunu sözdə yox, hərəkətdə göstərməyə çalışmışam. İndi onlar böyüdükcə peşakar davranışımı təkrarladıqlarını görüb fərəhlənirəm. Övladlar valideyinlərindən ağıllı olmalıdırlar, bu mənim üçün vacib məqamdır. Qadınlara məsləhətiniz Bu konteksdə iki əsas məsləhətim var biri qadınlara, digəri onların valideyinlərinə. Qadınlara məsləhətim odur ki, “cəsarətli olsunlar və qabaqlarına çıxan şansdan mütləq faydalansınlar, nəyinsə xətrinə ondan imtina etməsinlər”. Valideyinlərə məsləhətim isə, “Qızınıza cehiz almaqdansa, o məbləği ilk biznesinə yatırım edin” deyərdim. |