Maral Qurbanzadə

Süni intellekt tədqiqatçısı və təsisçi

Capsula Media

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Hər şey məlumat bazalarından başladı. Bir gün anladım ki, rəqəmlər hekayələr danışır, sonra data science sahəsinə keçdikdə süni intellekt və insan-robot ünsiyyətinə maraq göstərərək ixtisasımı artırdım.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Özümdən yüksək gözləntilər və ətrafımda olan özgüvəni aşağı olan insanların məsləhətləri. Ən böyük maneə isə səbrsiz olmağım idi. Yalnız sonradan anladım ki, tələsmədən, hər gün bacarıqlarımın üzərində işləməklə onları həqiqətən təkmilləşdirmək mümkündür.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Ən çox ilhamlandıran məqamlar beynimdə yaratdığım dünyalar və ideyaların reallığa çevrildiyi anlardır.

Qadınlara məsləhətiniz

Həmfikir insanları axtarıb tapın, dost olun, icmalaşın və xəyallarınızı birgə reallaşdırın. Ən böyük məqsədlərimizə biz yalnız birlik olan yerdə çata bilərik.