Nərmin İbrahimova-Fərzəliyeva

Marketinq menecer, Deals

Amazon

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Müasir əmək bazarında multidissiplinar mütəxəssislərə daha çox ehtiyac yaranır. Yalnız bir istiqamətdə ixtisaslaşmış deyil, çox şahəli bacarıqları olan, bir neçə sahə üzrə və fərqli sənaye sferalarında təcrübələri olan işçiləri nəzərdə tuturam. 9 il FMCG sektorunda işlədikdən sonra komfort zonamdan çıxmaq qərarına gəlib, Amazon şirkətinə qoşuldum.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Yeni ölkə, yeni mürəkkəb işlə bərabər analıq öhdəliyini davam etdirmək ilk zamanlar çox çətin idi. Eyni zamanda fərqli, mənim bələd olmadığım bir istiqamətdə olan və insanlar arası təmasın minimum həddə çatdırıldığı, tamamilə rəqəmsallaşdırılmış iş mühitinə uyğunlaşmaq həm zaman həm də enerji tələb etdi. 

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Yüksək riskli sınaqlar, yeni çağırışlar məni həm ilhamlandır, həm də özümü yenidən kəşf etməyə, güclü və zəif tərəflərimi aşkarlamağa kömək edir. Və təbii ki, güclü və uğurlu qadınlar hər zaman mənim üçün ilham və motivasiya mənbəyi olublar.

Qadınlara məsləhətiniz

“Qorxmasaydım nə edərdim?” sualını hər daim özünüzə verin. Qorxularımız və stereotiplər bizi arzu və xəyallarımızdan çəkindirməsə, biz hər zaman hər yerdə hər şeyə nail ola bilərik.