Nərmin Zeynallı

Amerikanın beynəlxalq media agentliyində jurnalist, müstəqil podkaster

Nyu-York

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Jurnalist ailəsində böyüdüyüm üçün araşdırmaq, soruşmaq, öyrənmək həm genetik koduma yerləşib, həm də uşaqlıqdan əhatələndiyim mühitdən ilhamlanmışam.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Azərbaycanda qadın olaraq hər hansı vəzifəyə yüksələrkən maneələrlə qarşılaşmamaq təəssüf ki, mümkün deyil. Xaricdə təhsil almaqdan tutmuş, azad qərar verə bilməyə kimi, bir çox atdığım addım cəmiyyət mühakiməsi, qohumlar tərəfindən təzyiqə səbəb olub. Maneələri dırnaqlarımla qazaraq yox etməli olmuşam. Öz həyatımla bağlı sərbəst qərar verə biləcəyimi insanlara sübut edə bilmək üçün atdığım kiçik addımlar məni təsadüfən buralara gətirib çıxarıb.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Əsas ilham mənbəyim ədəbiyyat və kitablardır. Daha sonra insanlardan ilhamlanıram. Xüsusilə Nyu York insanlarından. Bu gün bu qədər mübariz və müstəqil olmağımın əsas səbəbi isə anamdır.

Qadınlara məsləhətiniz

Özünüzü marifləndirin. Bilik, savad, mütaliə həyatınızı dəyişəcək. Amma sadəcə oxumaq da bəs etməyəcək, analitik zəkanısı inkişaf etdirəcək fəaliyyətlər, fikir formalaşdıra bilmə qabiliyəti qazanmaq çox önəmlidir. Podkastlar dinləyin, filmlər izləyin. Fikrinizi bildirməkdən çəkinməyin. Sizin fikriniz önəmlidir. Siz önəmlisiniz. Bir də uğur əldə etdikcə digər qadınlara dəstək olmağı unutmayın. Çünki bir zamanlar sizin də dəstəyə ehtiyacınız var idi.