Səbinə PərviziTəsisçi və baş direktor Bloom Group |
Bu işə necə başlamısınız, necə qərar vermisiniz? İllər boyu marketinq sahəsində işləmişəm. HP, Microsoft kimi nəhəng şirkətlərdə marketinq işlərinə cavabdeh idim. Və artıq marketinq mənim təkcə seçdiyim peşə yox, həyatımın bir parçası olub. Korporativ mühitdə 15 ildən sonra öz biznesimi açmaq qərarına gəldim və əmin idim ki, bu, mənim ən sevimli işimlə bağlı olmalıdır. İngiliscə “passion” sözü var və mən bütün işlərimə həmin bu passion-la yanaşıram. Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr. Ən böyük maneə ümumi vəziyyət idi. Şirkətimi pandemiyadan düz 4 ay öncə açmışam. O vaxt heç kim bilmirdi ki, başına nə gələ bilər. Amma pandemiya başlayanda biz ruhdan düşmədik və bu cür böhrana yeni imkanların açılması kimi baxdıq. Əsas maneə isə cəmiyyətimizdə hələ də olan stereotiplərdir. “Xanım bunu bacarmaz”, “ bu iş xanım üçün deyil”, “xanım evdə oturmalıdır” kimi bir çox stereotiplərlə qarşılaşmışam. İndiyə qədər işgüzar mühitdə seksizm də baş verir. Bəzi kişilər özlərini qadınlardan daha ağıllı hiss edərək, qadınlara karyera irəliləməsində maneə yaradırlar. Bir qadın kimi sizi ilhamlandıran məqamlar Mən əsasən layihələrim və işlərim ilhamlandırır. Uşaqlarımın mənim nailiyyətlərimlə qürurlandığını görmək, uğurlu biznesmenlərin hekayələri, yanımda eyni istiqamətdə fikirləşən insanların olmağı və ən əsası xəyallarım mənim ilham qaynağımdır. Qadınlara məsləhətiniz Hər zaman özünüzə inanın, pozitiv düşünün, yenilikləri öyrənin və sevdiyiniz işlə məşğul olun! Bu amillər sayəsində bütün çətinliklərin öhdəsindən gələcək, arzularınızı, xəyallarınızı gerçəyə çevirəcək, uğurlu və xoşbəxt olacaqsınız. |