Şəhla MəmmədovaRəqəmsal Fərdi Bankçılıq Məhsulları Şöbəsinin rəhbəri PAŞA Bank |
Bu işə necə başlamısınız, necə qərar vermisiniz? 2008-ci ildən rəqəmsallaşma sahəsindəyəm, müxtəlif texnologiya şirkətlərində çalışaraq həm Azərbaycanda , həm də Orta Asiyada 20-dən çox Rəqəmsal məhsul və layihələrin idarəolunmasını həyata keçirmişəm və eyni entuziazmla fəaliyyətimi artıq 5 ildir bank sahəsində davam etdirirəm. İnsanların, istifadəçilərin ehtiyac və problemlərini rəqəmsal həllərlə çözmək mənə böyük böyük zövq verir. Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr. Məneələrin və məhdudiyyətlərin yalnız bizim beynimizdə olduğuna inanıram. Yeni çağırışlara və çətinliklərə isə həmişə açığam. Məhz yeni çağırışlar bizə kömək edir ki, özümüzün daha yaxşı versiyamızı yaradaq. Əsas çətinlik isə texnologiyanın sürətli inkişafı və bazar dəyişiklikləri ilə müqayisədə insanların düşüncə tərzinin çevik olmaması, insanların dəyişikliyə hazır olmamasıdır. Bir qadın kimi sizi ilhamlandıran məqamlar İlhamlandıran məqamlar çoxdur. Rəqəmsal həllərlə insanların həyatında kiçik dəyişikliklər etməyimiz, birlikdə çalışdığım kreativ insanlar və entuziast komandam, məni daha böyük zirvələr fəth etməyə ruhlandıran liderlər, ucqar regionlarda məktəbli qızların bizimlə görüşdən sonra gözlərində yaranan işıq və parıltı, məni daim dəstəkləyən ailəm və artıq öyrəndikləri ilə məni challange edən 5 yaşlı oğlum 🙂 və onlarla başqa məqamlar. Qadınlara məsləhətiniz Özünüzü tanıyın, özünüzü hiss edin, özünüzü dinləyin, zəif və güclü tərəflərinizi bilin, zəif tərəflərin üzərində davamlı işləyin, kiçik addımlarla özünüzün hər gün daha yaxşı versiyasını yaradın. Fail etməkdən qorxmayın, əsas məsələ həmin fail-dən sonra çıxardığınız nəticədir, öyrəndiyiniz təcrübədir. |