Şəhla VəliyevaMəhsul meneceri ShowHeroes Group |
Bu işə necə başlamısınız, necə qərar vermisiniz? 2022-ci il mart ayında master tehsili almaq üçün Almaniyanın Münhen şəhərinə köçdüm. Code Academy-dən məzun olandan sonra UX/UI dizayner kimi fəaliyyət göstərmişəm və onda qərar vermişdim ki, hər hansı bir məhsulun təkcə dizayn hissəsini deyil bütövlükdə strategiyasını işləmək istəyirəm. Buna görə də məhsul meneceri vəzifəsi üzrə iş axtarmağa başladım və Almaniyanın ShowHeroes şirkətində işləməyə başladım. Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr. Almaniyaya köçmək qərarı asan deyildi. Çünki, Bakıda öyrəşdiyim həyat, dostlarım və yaxşı işim var idi amma eyni zamanda onu da bilirdim ki, artıq komfort zonadayam və dəyişiklik zamanıdır. Mənim üçün ən əsas çətinlik, komfort zonadan çıxmaq və gələn dəyişikliklərə öyrəşmək oldu. Radikal qərarlar vermək və sonra gələn dəyişikliyə öyrəşmək güclü iradə və əzm tələb etsə də, buna dəyər. Bir qadın kimi sizi ilhamlandıran məqamlar Məni ən çox ilhamlandıran mürəkkəb problemləri həll edərək öhdəsindən gəlmək, hər hansı bir çətinlik üzərində işləməkdir. Bundan əlavə, insanların həyatına hər hansı bir şəkildə pozitiv təsir etmək, iz qoymaq və seçdiyim peşə sayəsində insanların həyatını yaxşılaşdıran məhsullar yaratmaq fikri məni ilhamlandıran məqamlardandır. Qadınlara məsləhətiniz Həyatınızı başqalarının sizin haqqınızda olan düşüncələri üzərində qurmayın. Ətrafınıza uyğunlaşmaq üçün digərləri kimi olmağa, dəyişməyə çalışmayın. Özünüzü açıq və olduğunuz kimi ifadə edin, cəmiyyətin sosial gözləntiləri və təzyiqindən qorxmayın. |