Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

akademik

partnyorumuz

sep-line

Partnyorluq

Code Academy DMI-nın Azərbaycanda və ümumilikdə regionda ilk və tək rəsmi partnyorudur. Code Academy-nin Digital Marketinq tədrisi DMI-nın rəsmi proqramı əsasında hazırlanır və onun bütün standartlarına cavab verir. Bu tədris sayəsində Code Academy məzunları DMI beynəlxalq sertifikat imtahanlarına tam hazır olurlar. Daha bir vacib üstünlük isə rəsmi partnyor olaraq Code Academy tələbələrinin bu imtahanlara endirimli şərtlərlə daxil ola bilməsidir. Bu imtahanı müvəffəqiyyətlə bitirənlər sonda CDMP (Certified Digital Marketing Professional) sertifikatını əldə etmiş olurlar.

Digital Marketing Institute

Digital Marketing Institute (DMI) Digital Marketinq sahəsində tədris üzrə ixtisaslaşmış qlobal miqyasda məşhur institutdur. DMI-nın təqdim elədiyi digital marketinq və digital satış kursları sahənin ən yeni tələblərinə əsasən hazırlanır. Elə bu səbəbdən DMI-nın məhsulları Digital Marketinq üzrə qlobal standart kimi qəbul olunur. DMI sertifikatları ən məşhur şirkətlər, universitetlər, müxtəlif təşkilatlar tərəfindən tanınır və yüksək qiymətləndirilir.

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.