Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113
Ana səhifə > Məzunlar > Ramil Əyyubov
Lotoreya idi. Sistem Administratorluğu ilə bağlı hər hansı bir anlayışım yox idi. Bəxtimi sınadım, həm bəxtimi, həm də akademiyanı :))
Qrafika mağazasında satıcı. Azərbaycan Texniki Universitetdə informasiya texnologiyaları üzrə bakalavr təhsili almışam. Hal-hazırda AZI-də İnformasiya texnologiyaları və idarəetmə üzrə magistr təhsilimi davam etdirirəm.
İş yerimi dəyişmək və arzuladığım istiqamət üzrə daha da ixtislaşmaq istəyirdim.
Hətta təhsil aldığım müddətdə fərqli şirkətlərdən təkliflər almağa başladım. Akademiyada təhsilimi bitirdikdən sonra təhsilimi dayandırmadım və beynəlxalq sertifikatlar aldım. Beləcə, hər yarım ildən bir daha yüksək vəzifəyə keçməyə çalışırdım. Akademiyada aldığım təhsil mənim həyat və karyeramda çox gözəl dəyişikliklərə səbəb oldu. Peşəmi, iş yerimi dəyişdim, maaşım artdı və işimi sevdim. Bunun üçün xüsusi olaraq müəllimim Saleh Hacıyev-ə təşəkkür edirəm. .O olmasaydı, indi olduğum yerdə olmazdım!
İlk növbədə, akademiyadan başqa evdə də, boş vaxtlarında da, hər zaman çox oxumalısan və məzun olduqdan sonra da bunu dayandırmaq lazım deyil. Bütün tələbələrə uğurlar və həyatda öz yerlərini tapmaqlarını arzulayıram.
tədrisi
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Tel +994 12 310 0113 | Mobil/Whatsapp +994 50 444 2633