Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Məhəmməd

Mikayılov

Müəlliminizi siz də tanıyın

sep-line
2021-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olan Məhəmməd proqramlaşdırma sahəsinə ilk dəfə 2018-ci ildə Android Application Development platformu ilə self-study məşğul olaraq başlamışdır. Bundan sonra 2020-ci ildə Code Academy-də Proqramlaşdırma tədrisinə başlamış və tədrisin Front-end hissəsini bitirdikdə Fogito CRM şirkətində Front-end React Developer olaraq işə qəbul olmuşdur. Məhəmməd həmçinin Code Academy və Paşa Bankın birgə həyata keçirdiyi Peşəkar Yetişdirmə Proqramının uğurlu məzunu olmuş və Migration Pro şirkətində Front-end React developer vəzifəsində işə başlamışdır. Daha sonra Paşa Bank tərəfindən iş təklifi alan Məhəmməd orada işə başlamış, həmçinin Code Academy-də Co-Teacher kimi işləmişdir. 22 avqust 2022-ci il tarixindən etibarən isə akademiyamızda proqramlaşdırma üzrə instruktor kimi fəaliyyətini davam etdirir.

Tədris etdiyi proqramlar

Fərdi

Full stack front-end

400

saat

|

Campus | Online Campus

Bu tədris proqramı fundamental HTML biliklərinin mənimsənilməsindən başlayaraq front-end ağırlıqlı texnologiyaları əhatə edir. Tədris proqramı həm yerli, həm də beynəlxalq təşkilatların istifadə etdiyi texnologiyaları özündə birləşdirir. Belə ki, front-end tədrisinin başlanğıcında HTML, CSS, JavaScript dilləri, daha sonra verilənlər bazası olaraq MongoDB sistemi izah edilir. Əlavə olaraq, full stack ağırlıqlı tədris olduğuna görə back-end texnologiyaları və […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.