Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Nahid

Məmmədzadə

Müəlliminizi siz də tanıyın

sep-line
Nahid 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının “Dünya İqtisadiyyatı” üzrə ilk məzunlarından olmuşdur. 2019-cu ildə isə həmin universitetdə “Beynəlxalq İqtisadi Münasibətlər” üzrə magistr pilləsini bitirmişdir. Nahid universitet illərində IB Club gənclərin inkişafı mərkəzinə 2 il rəhbərlik etmişdir. O, ikinci kursdan etibarən diqqətini marketinqə yönəltmiş və universitetin sonlarına doğru rəqəmsal marketinq üzrə ixtisaslaşmağa başlamışdır. Rəqəmsal marketinq üzrə peşəkar karyerasına isə Jugaad agentliyində Rəqəmsal marketinq üzrə mütəxəssis olaraq başlamış, daha sonra isə Rəqəmsal marketinq üzrə rəhbər kimi davam etmişdir. Bundan başqa Azərbaycan Beynəlxalq Bankında 3 ilə yaxın Rəqəmsal marketinq üzrə baş mütəxəssis kimi ABB mobile, Tamkart kimi məhsulların rəqəmsal fəaliyyətində, bankın rebrendinq kimi mühüm layihələrində yaxından iştirak etmişdir. Nahid hazırda Bakcell şirkətində Rəqəmsal marketinq üzrə baş mütəxəssis və İsveç mərkəzli Audiowell şirkətinin Rəqəmsal marketinq üzrə konsultantı kimi işləyərək şirkətlərin rəqəmsal resurslarının yenilənməsində yaxından iştirak edir. 29 Aprel 2023-cü il tarixindən etibarən isə akademiyamıza Digital Marketinq üzrə İnstruktor olaraq qoşulmuşdur.

Tədris etdiyi proqramlar

Fərdi

Digital Marketing Professional - DMI Pro

120

saat

|

Campus | Online Campus

Digital Marketinq tədris proqramı Code Academy ilə İrlandiya mərkəzli Digital Marketing İnstitute-un eksklüziv partnyorluğu əsasında tədris edilir. Eksklüziv partnyorluq nəticəsində Code Academy-nin Digital Marketinq tədris proqramı beynəlxalq standarta uyğun olaraq hazırlanmışdır və bu proqramdan məzun olan tələbələr ödənişsiz şəkildə beynəlxalq “Certified Digital Marketing Professional” sertifikat imtahanına daxil olaraq bu sertifikatı əldə etmək imkanına sahib olurlar. […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.