Sevinc bakalavr təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində tamamlamışdır. Sahədə olduğu 10 il ərzində müxtəlif təyinatlı obyektlərin layihələnmə və dizayn həllərini həyata keçirmişdir. İlk təcrübəsi şəhər və rayonların baş və inkişaf planları olsa da, daha sonralar 3D modelləmə və dizayn istiqamətini əsas götürmüşdür. Bundan başqa müxtəlif illərdə “Renessans Studio”, “Hoverslighting” LLC, “OMAC” və “Первый Холдинг” kimi şirkətlərlə əməkdaşlıq etmişdir. Gördüyü işlər siyahısına Dərbənd şəhərinin inkişaf planı, şəhərdə ticarət və biznes mərkəzinin memarlıq və dizayn həlli, Naftalan və Salyan şəhərinin baş planları, Moskvada və Bakıda mülki və sənaye binaları daxildir. Ən son olaraq Crocus Construction-nın sifarişi ilə Landau uşaq bağçasının (Nardaran filalı) interyer dizayn həllini həyata keçirmişdir. 22 may tarixindən etibarən isə akademiyamızda Digital Memarlıq və 3D tədris proqramı üzrə İnstruktor olaraq fəaliyyət göstərir.