• 150 saat tədris
  • Campus

2D Motion Dizayn

2D Motion Dizayn hərəkətsiz vizual elementlərin canlandırılmasıdır. Tədris proqramı qrafik dizaynerlərin, illustratorların, UI dizaynerlərin yaradıcılığını hərəkətə gətirəcək.

hero icon

advantages icon
Praktiki tədris

Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.

advantages icon
Buraxılış işi

Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.

advantages icon
Akademik transkript

Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.

advantages icon
Mentor sistemi

Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.

advantages icon
Beynəlxalq sertifikat

Tədris proqramlarını uğurla başa vurduqda Code Academy diplomu və beynəlxalq sertifikat əldə etmək haqqı qazanacaqsan.

ministry logo
Təhsil lisenziyası

Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk və tək əlavə təhsil müəssisəsiyik.

Tədris proqramı

150 saat

Tədris proqramı 2D Motion Dizayn sahəsində gələcək planlayanları və fəaliyyət göstərənləri sektorun axtardığı peşəkar mütəxəssislərindən birinə çevirməyə dəstək olacaq.

1. İllustrasiya

check icon Sual kopyalandı
plus

Bu modul tamamilə illustrasiyaya aid olmaqla Adobe Illustratorun interfeysi, menular və alətlərindən istifadəsini əhatə edir. Həmçinin, rəng nəzəriyyəsi, Yohannes İtten rəng çarxı, tək və qradient rənglərdən istifadə, rəng paletinin yaradılması üsulları, yerindən asılı olaraq rənglərdən doğru istifadə izah edilir. Hər yeni alət mənimsənildikcə onların praktikada tətbiqi və dolğun illustrasiyaların yaradılması öyrədilir.

2. After Effects ilə tanışlıq

check icon Sual kopyalandı
plus

Bu modul tədris planının əsasını təşkil etməklə After Effects-in interfeysini, onun digər Adobe proqramları ilə bağlılığını izah edir. Animasiya prinsiplərini tam əhatə etməklə parktiki tapşırıqlar üzərindən proqramın alətlərindən düzgün və yerində istifadəsi öyrədilir. Animasiyanın prinsipləri, shape layer-lərin modifikatorları, mask etmə üsulları, "keyframe" və "graph editor" anlayışı, "morphing" və stilləşdirmə kimi mövzular detallı izah olunur.

3. Text animasiyası

check icon Sual kopyalandı
plus

Text animasiyasının istifadə yerlərini və qaydalarını izah edən bu modul text modifikatorları ilə animasiya, lower third animasiyası və Lettering animasiyası olmaqla üç hissədən ibarətdir. Text animasiyasının texnikalarına yiyələndikdən sonra After effects proqramına mahnı yükləyərək və textlərin mahnıya uyğunlaşdıraraq Stomp animation hazırlanması izah edilir.

4. Plugin, Scrip, preset-lər və kodlamalar

check icon Sual kopyalandı
plus

After Effects-in imkanlarını genişlətmək üçün müxtəlif plugin, script, istifadəçinin işini asanlaşdırmaq üçün isə kodlamalara ehtiyac duyulur. Bu modulda After Effects-in həm yeni, həm də daxilindəki plugin-lərdən istifadə izah edilir.

5. Personaj animasiyası

check icon Sual kopyalandı
plus

Personaj animasiyasının üsullarının izahı, animasiyanın prinsiplərinin personaj animasiyasına tətbiqi, personajın gəzmə, qaçma, velosiped sürmə, üz ifadələri və danışma, süni 3d effektləri mövzularını əhatə edən bu modulda tələbələr personaj animasiyasının sirləri ilə tanış olurlar. Bununla yanaşı tələbələr üç yeni scriptin tətbiqi bacarıqlarına da yiyələnirlər.

6. Köməkçi proqramlardan istifadə

check icon Sual kopyalandı
plus

Qrafik dizaynla və səs effetləri ilə sıx əlaqədə olduğunu nəzərə alaraq Motion dizaynerin az da olsa Adobe Photoshop və Adobe Premiere Pro proqramlarının interfeysi ilə tanışlığı zəruridir. Bu səbəbdən hər iki proqramla ilkin tanışlıq, Adobe Photoshop proqramında posterin yığılması və Adobe Premiere Pro proqramına səs effektləri və müsiqinin əlavə edilməsi keçirilir.

7. 3D, Camera, Parallax

check icon Sual kopyalandı
plus

Artıq xeyli vaxtdır ki, 3D animasiyalar günümüzün tələbləri sırasında yer alır. Bu modulda məhz bu mövzuya toxunularaq, After Effectsin imkanları çərçivəsində 3D obyektlərin yaradılması və animasiya edilməsi, səhnələrin yaradılması və Parallax effekti izah edilir.

Növbəti qruplarımız

1 yeni qrup

Aşağıdakı bölmədən tezliklə başlayacaq qruplarımızla tanış ol və tədris başlamadan yerini tut.

22 Fevral 2025
Dərs günləri

həftəsonu

Dərs saatları

15:30-20:15

  • campus

Gələcəyi inşa edənlər #məzunlarburada

satisfaction icon
Zenfira Sultanova

Motion Dizayner / Content Agency ASC

"Mənim fikrimcə Code Academy-nin fərqli bir aurası var. Ora düşdüyüm an özümü daha həvəsli və məqsədyönlü hiss edirəm. Bu isə məni yeni işlər görməyə daha da ilhamlandırır."

satisfaction icon
Aftandil Əliyev

Motion Dizayner / İnci Group LLC

"Code Academy mənim Motion Dizayn sahəsi üzrə ixtisaslaşmağımda böyük rol oynadı. Mən məqsədlərimdən birinə akademiya ilə çatdım. Sıra növbəti məqsədlərdədi."

teaching icon
Cavadxan Əliyev

Motion Dizayner / Animoore Studio

"İlk olaraq motion dizayn tədrisini bizə təmin etdiyinə görə Code Academy-ə və dəyərli biliklərini bizimlə paylaşdığı üçün Ceyhun müəllimə təşəkkür edirəm. Çünki Akademiya sayəsində hazırda Animoore Studiyasında Motion dizayner olaraq çalışıram."

teaching icon
Fərhad Atakişiyev

Qrafik Motion Dizayner / Evimiz

"İnstruktorların Akademiya təhsilini bitirdikdən sonra belə bizə daima dəstəyi, pozitif mühitin olması məni ən çox cəlb edən məqamlardan biridir. Code Academy həyatıma və karyerama rəng qatdı."

teaching icon
Əziz Həziyev

Motion designer / Artmood agency

"Code Academy-də Motion Dizayn məzunu olduğum üçün çox məmnunam. Bura mənim üçün bir tədris müəssisəsindən daha artığıdır. Karyera və şəxsi həyatımdakı bir çox yeniliyi Akademiyaya borcluyam. Yaxşı ki, yolum buradan keçib."

Sualın var?..
Gəl görüşək!

Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.

Zəhmət olmasa, adınızı qeyd edin

Zəhmət olmasa, soyadınızı qeyd edin

Telefon nömrəsin düzgün daxil edin

Zəhmət olmasa, doğru email ünvanınızı qeyd edin

img

Müraciətiniz qeydə alındı

Qısa zaman ərzində sizə geri dönüş edəcəyik!

Hərəkətə buradan başlayanlar #MeetCodeEducator

  • tools

#sertifikatburada (Code Academy)

2D Motion Dizayn tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.

certificate image

Tələbələrin işləri

Uğurlu tələbələrimizin işləri ilə tanış ola bilərsiniz.

Bizdən tez-tez soruşurlar

  • Ümumi
  • Tədris proqramları
  • Qəbul
  • Qiymət və ödəniş

Code Academy nə ilə məşğuldur?

Sual kopyalandı minus

2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Harada yerləşir?

Sual kopyalandı minus

Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.

Hansı tədris proqramları mövcuddur?

Sual kopyalandı minus

Code Academy 7 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, Kiber Təhlükəsizlik.

Online tədrislər olur?

Sual kopyalandı minus

Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.

Dərs zamanı öz kompüterim olmalıdır?

Sual kopyalandı minus

Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.

Rus dilində dərslər var?

Sual kopyalandı minus

Akademiyada dərslər Azərbaycan dilində keçirilir

Qəbul üçün hansı sənədlər lazımdır?

Sual kopyalandı minus

Tədris proqramlarına qeydiyyat üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.

Qeydiyyat neçə yaşdan aparılır?

Sual kopyalandı minus

Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır və tədris proqramlarından asılı olaraq dəyişir.

Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?

Sual kopyalandı minus

Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır. Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir.

Ali təhsilə ehtiyac var?

Sual kopyalandı minus

Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.

İngilis dili vacibdir?

Sual kopyalandı minus

Full stack back-end, Full stack front-end, Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.

Tədris ödənişlidir?

Sual kopyalandı minus

Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir. Proqram məsləhətçilərimiz həftənin 6 günü xidmət göstərir

Niyə qiymət görüş zamanı deyilir?

Sual kopyalandı minus

Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.

Zəmanət verilir?

Sual kopyalandı minus

Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.

Hansı ödəniş formaları mövcuddur?

Sual kopyalandı minus

Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-10 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir. Həmçinin, BirBank kartın varsa tədris proqramlarını aylara bölərək də ödənişi həyata keçirə bilərsən.

Gələk əsas məsələyə…

Tədris proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:

Junior Motion Designer

Təcrübə: 2 ilə qədər

15.600 AZN +

Middle Motion Designer

Təcrübə: 3 ilə qədər

30.000 AZN +

Senior Motion Designer

Təcrübə: 5 ildən çox

60.000 AZN +

join us icon
Qərar verə bilmirsən? Master-klassda iştirak et

Onlayn və ya əvvəlcədən görüş təyin edərək kampusda demo dərsə qatıla bilərsən. Əminik ki, gələcəyin üçün ən yaxşı qərarı verəcəksə