2D Motion Dizayn – Qrafik elementlərin hərəkətləndirilmiş, yəni animasiya olunmuş formasıdır. Başqa sözlə, onun köməyi ilə qrafik elementlər hərəkətə gətirilir, statik dizayndan dinamik dizayna keçid edilir.
2D Motion Dizayn Qrafik Dizayn və Animasiyanı düzgün yollarla birləşdirərək yaradılan görüntü texnikasıdır. Bu texnika ilə vizual kontentləri canlandırmaq mümkündür.
Artıq insanlar məlumatları oxumaqdansa, zövqlə, cəlbedici formada hazırlanmış animasiyaları izləməyi daha üstün tuturlar. Buna görə də 2D Motion Dizayn son zamanlar aktual sahəyə çevrilib və bir çox sektorda bu sahənin peşəkarlarına ehtiyac duyulur. TV kanalları, filmlər, media şirkətləri, digital marketinq, reklam agentlikləri və digər yaradıcı sahələrdə qarşılaşdığınız hər hansı bir hərəkətli yazı, şəkil və ya qrafik element “motion designer”-lər tərəfindən hazırlanır.