Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Qrafik Dizayn və Vizual Kommunikasiyalar

#DizaynBurada

qrafik-ve-veb-dizayn-dersleri

Qrafik Dizayn və Vizual Kommunikasiyalar

#DizaynBurada

Qrafik dizayn nədir?
Qrafik dizayn vizual kommunikasiyaların yaradılması, tərtib olunması və təşviqi üçün istifadə olunan yaradıcı və texniki prosesləri təsvir edir. Bu sahə şəkillər, rənglər, mətn və digər vizual elementlər vasitəsilə bir informasiyanın yaradacılıq tətbiq etməklə izləyiciyə düzgün şəkildə ötürülməsini təmin edir. Qrafik dizayn sahəsi posterlər, kitablar, jurnallar, broşürlər, brendinq qablaşdırma, digital dizayn, hərəkətli dizayn kimi bir çox anlayışları özündə birləşdirərək, reklam və dizayn agentliklərindən böyük korporativ şirkətlərə qədər bir çox sahədə tətbiq olunur. 

Qrafik Dizayn və Vizual Kommunikasiyalar tədris proqramı həm nəzəri, həm də praktiki hissələrdən ibarətdir. Yəni, tələbə olduğun müddətdə həm öyrənəcək, həm də öyrəndiklərini tətbiq edəcəksən, beləliklə, tədrisin sonunda müxtəlif proyektlərdən ibarət portfolioya sahib olacaqsan. Artıq sən evdə və ofisdə, mağazada, küçədə, sosial media platformalarında gördüyün əşyalara, posterlərə, reklamlara və digər dizaynlara adi gözlə deyil, fərqli baxışla baxıb, “Mən daha yaxşısını edərdim” deyəcəksən.

Kimlər üçündür?

Bu təhsili almaq üçün hər hansı bir ön şərt yoxdur. Qrafik Dizayn ilə maraqlanan və istəkli hər bir şəxs bu təhsili ala bilər.

tədris

proqramı

Məqsəd Qrafik Dizayn sahəsində karyeraya başlamaq istəyən və fəaliyyət göstərən insanları sektorun ehtiyaclarına uyğun peşəkar olaraq yetişdirməkdir.
Bu modul dizayn ilə tanışlıq və proqram təminatlarından istifadəni öyrədir. Qrafik dizaynın əsas prinsipləri, vektor qrafikasının xüsusiyyətləri, Adobe Illustratorla yaxından tanış olmaqla kompleks və çətin vektor obyektlərin hazırlanması, naxışların yaradılması və dizaynın ilkin nəzəri prinsipləri öyrədilir.
Rənglərin qanunauyğunluqları və onların istifadə qaydaları, qrafik dizaynda rəng kataloqları, onların çapda və monitorlarda istifadə qaydaları, rəng kodları, rəng palitraları və digital fırçalardan istifadə izah edilir.
Vizual kommunikasiyanın ən önəmli elementlərindən biri hesab edilən simvol və mətnlərlə işləmə prinsipləri, dizaynlar hazırlanarkən mətnlərin önəmi və onların dizayna qatdığı dəyər öyrədilir.
Bu modulda Adobe Photoshop proqramına giriş, şəkillərlə iş və onlar vasitəsilə kompozisiyaların yaradılması, yaradıcı düşüncənin dizaynda necə tətbiq edilməsi izah edilir. Həmçinin, şəkil və mətnlərlə kompozisiyaların təşkili də öyrədilir.
Şəkillər üzərində daha çətin və kompleks işlərin görülməsi, işıq və kölgənin istifadə prinsipləri izah edilir. Tədris zamanı reklamçılıq dünyasına giriş edərək yaradılmış kompozisiyalarda düzgün marketing baxışının yaradılmasl prinsipləri öyrədilir. Həmçinin, süni intellektin qrafik dizaynda rolu və dizaynerə qatdığı dəyərlər, süni intellekt platformaları və onlardan istifadə öyrədilir.
Rənglərin qanunauyğunluqları və onların istifadə qaydaları, qrafik dizaynda rəng kataloqları, onların çapda və monitorlarda istifadə qaydaları, rəng kodları, rəng palitraları və digital fırçalardan istifadə izah edilir.
Adobe Illustrator və Adobe Dimension ilə 3D qrafikasına giriş edilərək, dizaynda 3D modellərinin hazırlanması və istifadə qaydaları öyrədilir. Həmçinin, materiallarla iş və işıqlandırmanın əsas prinsipləri, 2D və 3D qrafikasının kompozisiyada birgə istifadəsi izah edilir.
Bu modulda çoxsəhifəli materialların (məhsul kataloqları, jurnallar, müxtəlif kontentli broşürlər) dizaynı və çapa hazırlanma məntiqləri, mətn kontenti – başlıqlar, yarımbaşlıqlar, kütləvi mətnlərlə daha üst səviyyədə işləmə öyrədilir. Eyni zamanda mətnlər, şəkillər və digər obyektlərin səhifə dizaynında istifadəsi qaydaları da izah edilir.
Brendinq haqqında ümumi məlumatlar, şirkətlərin brendinqi, onların simasının yaradılması və ya yenilənməsi (rebrandinq), əsas mərhələlər öyrədilir. Bununla yanaşı loqotiplər, loqobook, korporativ üslüb, reklam materialları və promo materialların yaradılması prinsipləri, proyektin təqdim edilməsi prosesi izah edilir.
Qablaşdırma dizaynın prinsipləri, etiket və qablaşdırmalar, onların dizaynlarının hazırlanmasında diqqət ediləcək əsas məqamlar, satış nöqtələrində olan stendlərin və digər reklam materiallarının (POS) brendinqi öyrədilir.
Bu modulda Adobe After Effects ilə motion qrafikasına giriş edilir. Hərəkətli qrafikanın baza prinsipləri və hərəkətin fizikası, mətn və “shape” animasiyaları, daha sonra yaradılmış konseptin animasiya edilməsi, Adobe Premier vasitəsilə video və musiqilərlə iş öyrədilir.

bizim

müəllimlər

Günay Əliyeva

Fərid Rzazadə

Fuad Qonaqov

Fuad Aydınzadə

Murad Əsədov

Rizvan Bağırlı

Xudayar Ağayarov

Knyaz Yaqubov

tədris üzrə

sertifikatlar

Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş əlavə tədris müəssisəsi olaraq bitirmə layihələrini uğurla təhvil verən tələbələr Code Academy-nin məzun diplomu ilə təltif olunacaqlar. Tələbələrimizə məzun, şərəf məzunu və yüksək şərəf məzunu dərəcələri tətbiq olunacaqdır.
Adobe Certified Associate (ACA) sertifikatı Adobe proqramı ilə ilkin səviyyəli bacarıqları nümayiş etdirir. Digital medianın müxtəlif formalarından istifadə edərək effektiv dizayn etməyi bacaran şəxslərin giriş səviyyəsinə sahib olduğunu təsdiqləyir.
Adobe Certified Expert (ACE) sertifikatına sahib olmaq bir və ya daha çox Adobe proqram məhsullarına aid ixtisas imtahanından keçməklə bacarıq nümayiş etdirən bir peşəkar olmaq deməkdir.

Qəbul

prosesimiz

Qəbul prosesimiz aşağıdakı addımlardan ibarətdir. Biz təkcə tələbələri qəbul etmirik. Akademiyamızda hüquqşünas, rəssam, mühasib, bioloq və bir çox fərqli sahələrdən olan şəxsləri bir araya toplayan zəngin bir təhsil mühiti yaratmışıq. Karyeranızı bizimlə birgə dəyişmək üçün istəkli olmağınız kifayətdir.
muraciet

Onlayn müraciət et

Saytımızdan onlayn formu dolduraraq Proqram Məsləhətçisi ilə görüş təyin et.

proqram-meslehet

Proqram Məsləhətçisi ilə görüş

Görüş zamanı akademiyada tədris şəraiti ilə əyani tanış ol, şərtlər haqqında detallı məlumat al və mütəxəssis ilə görüşüb suallarına cavab tap.

odenis-novu

Ödəniş növü və dərs vaxtını seç

Seçimlərinə bağlı olaraq tədrisin müddəti  qrafiki ilə tanış ol, qiymətini öyrən.

imtahan

İmtahanda iştirak et

İmtahan zamanı bugünə kimi olan komputer və ingilis dili biliklərin yoxlanılacaq. Uyğun balı topla və birbaşa tədrisə keç.

qeydiyyat

Qeydiyyatdan keç

Özünüzə uyğun ödəniş növünü seçərək qeydiyyat sənədlərini tamamla.

tədrisin

formaları

sep-line

Campus

Tələbələrimiz akademiyaya gələrək dərslərdə birbaşa iştirak edib tədrisə yiyələnə bilərlər.

Növbəti

başlayacaq qruplar

27 Yanvar

Qrafik Dizayn və Vizual Kommunikasiyalar

həftə sonu

Saat:

10:00-14:45

Tədris forması:

Campus

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.