Bu modul dizayn ilə tanışlıq və proqram təminatlarından istifadəni öyrədir. Qrafik dizaynın əsas prinsipləri, vektor qrafikasının xüsusiyyətləri, Adobe Illustratorla yaxından tanış olmaqla kompleks və çətin vektor obyektlərin hazırlanması, naxışların yaradılması və dizaynın ilkin nəzəri prinsipləri öyrədilir.
Rənglərin qanunauyğunluqları və onların istifadə qaydaları, qrafik dizaynda rəng kataloqları, onların çapda və monitorlarda istifadə qaydaları, rəng kodları, rəng palitraları və digital fırçalardan istifadə izah edilir.
Vizual kommunikasiyanın ən önəmli elementlərindən biri hesab edilən simvol və mətnlərlə işləmə prinsipləri, dizaynlar hazırlanarkən mətnlərin önəmi və onların dizayna qatdığı dəyər öyrədilir.
Bu modulda Adobe Photoshop proqramına giriş, şəkillərlə iş və onlar vasitəsilə kompozisiyaların yaradılması, yaradıcı düşüncənin dizaynda necə tətbiq edilməsi izah edilir. Həmçinin, şəkil və mətnlərlə kompozisiyaların təşkili də öyrədilir.
Şəkillər üzərində daha çətin və kompleks işlərin görülməsi, işıq və kölgənin istifadə prinsipləri izah edilir. Tədris zamanı reklamçılıq dünyasına giriş edərək yaradılmış kompozisiyalarda düzgün marketing baxışının yaradılmasl prinsipləri öyrədilir. Həmçinin, süni intellektin qrafik dizaynda rolu və dizaynerə qatdığı dəyərlər, süni intellekt platformaları və onlardan istifadə öyrədilir.
Rənglərin qanunauyğunluqları və onların istifadə qaydaları, qrafik dizaynda rəng kataloqları, onların çapda və monitorlarda istifadə qaydaları, rəng kodları, rəng palitraları və digital fırçalardan istifadə izah edilir.
Adobe Illustrator və Adobe Dimension ilə 3D qrafikasına giriş edilərək, dizaynda 3D modellərinin hazırlanması və istifadə qaydaları öyrədilir. Həmçinin, materiallarla iş və işıqlandırmanın əsas prinsipləri, 2D və 3D qrafikasının kompozisiyada birgə istifadəsi izah edilir.
Bu modulda çoxsəhifəli materialların (məhsul kataloqları, jurnallar, müxtəlif kontentli broşürlər) dizaynı və çapa hazırlanma məntiqləri, mətn kontenti – başlıqlar, yarımbaşlıqlar, kütləvi mətnlərlə daha üst səviyyədə işləmə öyrədilir. Eyni zamanda mətnlər, şəkillər və digər obyektlərin səhifə dizaynında istifadəsi qaydaları da izah edilir.
Brendinq haqqında ümumi məlumatlar, şirkətlərin brendinqi, onların simasının yaradılması və ya yenilənməsi (rebrandinq), əsas mərhələlər öyrədilir. Bununla yanaşı loqotiplər, loqobook, korporativ üslüb, reklam materialları və promo materialların yaradılması prinsipləri, proyektin təqdim edilməsi prosesi izah edilir.
Qablaşdırma dizaynın prinsipləri, etiket və qablaşdırmalar, onların dizaynlarının hazırlanmasında diqqət ediləcək əsas məqamlar, satış nöqtələrində olan stendlərin və digər reklam materiallarının (POS) brendinqi öyrədilir.
Bu modulda Adobe After Effects ilə motion qrafikasına giriş edilir. Hərəkətli qrafikanın baza prinsipləri və hərəkətin fizikası, mətn və “shape” animasiyaları, daha sonra yaradılmış konseptin animasiya edilməsi, Adobe Premier vasitəsilə video və musiqilərlə iş öyrədilir.