İstifadəçi təcrübəsi nədir, bu sahəni tətbiq edən dizaynerə lazım olan bacarıqlar və alətlər. UX-in biznesə qatdığı dəyər, məhsul və servis dizaynı anlayışı. Agile yanaşma, istifadəçi yönümlü dizayn və Dizayn Düşüncə (Design Thinking) yanaşmasının tətbiqi.
Digital məhsul ideyasının fərziyyə üzərindən araşdırılması, məhşur mental modellər, empati quraraq istifadəçi kütləsinin və müştəri yolu xəritəsinin (Customer Journey Map) formalaşması. Sorğu anketlərinin hazırlanması və anket görüşlərinin keçirilməsi. Digital məhsulun informasiya arxitekturası, müştəri yolu (User Flow), kağız prototiplərin qurulması və testinqlə yoxlanılması. UX portfolionun hazırlanması.
İnterfeys nədir və məqsədi nədir, fərqli növləri, yaxşı və pis interfeyslərin nümunələri. İnterfeyslərin keyfiyyətinin ölçülmə meyarları. Moodboard və əsas trendlər. Figma alətinin əsas funskionallığı.
Dizaynın təməl bilikləri, kompozisiya və Gestalt prinsipləri. Modul şəbəkəsi və adaptiv dizaynın qurulma qaydaları. Veb tipoqrafika, rəng, kontrast və rəng trendləri haqqında. Wireframe və prototiplərin gətirdiyi dəyər və formalaşması.
İstifadəçi interfeysi daxilində istifadə olunan elementlərin birləşərək səhifə halına gətirilməsi. Dizayn prosesini rahatlaşdırmaq və sürətləndirmək üçün dizaynın sistemləşdirilməsi (UI Kit, Atomic Design, Design System). Figma üzərindən tipoqrafik stillər və komponentlərin qurulması. Fiziki məhdudiyyəti olan insanlar üçün interfeyslərin hazırlanması qaydaları. Apple üçün “Human Interface Design” və “Material design” qurulma prinsipləri. “Figma” aləti üzərindən interaktiv prototiplərin hazırlanması və animasiyası.
Hazırlanmış işin mühəndislərə düzgün qaydada ötürülməsi və növbəti addımların izlənilməsi.
İstifadəçi təcrübəsinə bağlı olan, izlənilməsi və ölçülməsi mütləq olan metriklər.
UX/UI dizaynerin analitika üzrə diqqət yetirməli olduğu məqamlar. Məhsul dizaynının gətirdiyi dəyərin izlənilməsi.