Problem
Ənənəvi biznes modelini dəyişmək, transformasiya etmək şirkətlər və rəhbərlər üçün ən çətin proseslərdən biridir. Biz isə bu işin icrasında tərəfdaşlarımıza tam dəstək göstəririk. Bunun ən uğurlu nümunələrindən biri Havas Azərbaycanla olan işbirliyimizdir.
Həllər
Belə ki, ənənəvi marketinq xidməti göstərən reklam agentliyinə digital marketinq xidmətlərini göstərmələri üçün şöbənin yaradılması, rəhbərin seçilməsi və sıfırdan komanda formalaşdırılmasında dəstək olduq.
Nəticələrimiz
Bununla da Havas Azərbaycan üçün sadəcə yeni digital marketinq komandası yox, həmçinin yeni fəaliyyət istiqaməti və daha geniş xidmət dairəsi yaratmalarına töhfə verdik.