Kapital Bank

Ölkənin birinci bankı - Kapital Bank-ın data komandasının inkişafı layihəsini uğurla təmin etdik.

Problem

Data əsaslı idarəetmə korporativlər üçün minimal resursla maksimum nəticə əldə etməyə dəstək olur. Bu səbəbdən şirkətlər əməkdaşlarının data science istiqamətində inkişafına çalışırlar. Biz də bu istiqamətdə tərəfdaşlarımıza dəstək göstəririk.

Bank data science istiqamətində əməkdaşlarına təlim verəcək peşəkarların tapılmasında çətinlik çəkirdi. Kapital Bank əməkdaşlarının asudə vaxtları çox olmadığından, oflayn rejimdə tədris almaqları qeyri-mümkün idi.

Həllər

Apardığımız təhlillər nəticəsində əməkdaşların ehtiyaclarına uyğun təlim əldə etmələri üçün peşəkar xarici təlimçini cəlb edərək, data science proqramının onlayn şəkildə tədris edilməsini təmin etdik.

Nəticələrimiz

Nəticədə Kapital Bank-ın data komandası iş yerindən ayrılmadan, xaricə getmədən xarici təlimçi vasitəsilə bilik və bacarıqlarını artırdı. Kapital Bank data komandasını müasir trendə uyğun təkmilləşdirdi.