Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113
Ana səhifə > Məzunlar > Ağasəf Məmmədli
Dostların tövsiyəsi ilə orduda xidmət etdikdən sonra proqramlaşdırma ilə məşğul olmağa qərar verdim. Proqramlaşdırma ilə məşğul olan tanışlarımın yanına dərs almağa başladım. Onlardan çox şey öyrəndim, amma həvəsim tez soyumağa başladı. Hətta proqramlaşdırmadan çıxdım və başqa sahəyə işləməyə başladım. O vaxtdan 3 il keçdikdən sonda Facebookda Code Academy-yasının reklamı carxı qarşıma cıxdı. Yenidən kodlaşdırmaq istəyim geri döndü. Yoxlamağa qərar verdim. Yalnız getmək isdəmədiyim üçün dostumla Code Academy-yasına getdik. Və bu qərar hər ikimizin həyatını dəyişdi.
Ehtiyyat hissələri mağazasında menecer
Uşaqlıqdan çox həvəsli idim. Qohumlar arasında kompyuterşik deyirdiler mənə. Bir müddət proqramlar necə yazılır,necə işləyir haqqında düşünməyə başladım. Eləcə proqramlaşdırmaya gəlib çıxdım.
Tədrisin 3-cü ayında keçmiş müəllimlərimdən biri ilə Code Academy-nin binasında qarşılaşdım. Nə etdiyimi soruşduqda proqramlaşdırmaya qayıtdığımı dedim. 20 gündən sonra mənə iş təklif etdi. Müsahibədən uğurla keçdikdən sonra Expressbank-da simvolik əmək haqqı ilə staja başladım. Kursu bitirdikdən sonra paralel olaraq Akademiyada mentor kimi fəaliyyətimə davam etdim. Yeni tələbələrlə biliklərimi bölüşmək həm onlara, həmdə mənə böyük bir təcrübə oldu. Bu nəailiyyətlərim bankda da nəzərə çarpırdı. Tezliklə vəzifəm artdı və IBM proqram təminatçısı kimi fəaliyyətimə davam etdim. Lakin inkişaf etmək istəyim və yeni texnologiyalara olan həvəsim məni Xalq Banka apardı. Qazandığım biliklər sayəsində müsahibəni müvəffəqiyyətlə keçdim və 2 ilə yaxındır .NET developer olaraq Xalq Bank ailəsinin üzvüyəm.
Code Academy həm iş, həm də özəl həyatımızı dəyişdi. İndi biz yalnız dost deyilik, həm də həmkarıq. Code Academy bizə yalnız proqramlaşdırma öyrətmədi, həm də böyük bir həyat dərsi verdi. Risk etməkdən və xəyallarınızı izləməkdən qorxmayın. Heç vaxt gec deyil!
tədrisi
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Tel +994 12 310 0113 | Mobil/Whatsapp +994 50 444 2633