Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113
Ana səhifə > Məzunlar > Gülsüm Məmmədova
İlk dəfə Code Academy-ə gəldiyimdə, mühiti, əməkdaşları, müəllimlərini gördüm və qərara gəldim ki, burda oxumaq istəyirəm.
ADPU-nun filologiya fakültəsini bitirmişəm. İxtisasım üzrə işləmək istəmədim və xidmət sektorlarından birində işə başladım.
Dizayna marağım əvvəldən var idi. Sadəcə vaxtım olmurdu ki, özüm məşğul olum. Elə bir yer axtarırdım ki, gündəlik bu sahə ilə məşğul olub, dərindən mənimsəyim tədrisi. Code Academy-ə gəlməmişdən 1 il öncə Baku Design School-un 1 aylıq dərslərinə getdim, keyfiyyətindən və metodikalarından razı qalmadım. Təsadüfən 1 il sonra başqa biri üçün Sistem Administratorluğu dərsləri ilə maraqlanmağa gəldiyimdə Dizayn tədrisini görüb yazılmaq qərarına gəldim.
Akademiya haqqında çox şey danışa bilərəm. Ora mənim üçün ailə, yol göstərən yer oldu. Hər gün həvəslə dərslərə gedirdim və bilirdim ki, tədrisim bitsə də Code-dan ayrıla bilməyəcəm. Elə də oldu, dərsləri bitirdim, INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzində startuplardan birində könüllü olaraq işləməyə başladım və ordan iş təklifimi aldım. 6 ay çalışdıqdn sonra, Code Academy-də UX/UI üzrə master class keçirildiyindən xəbərim oldu, həmin master class-a yazıldım 1 ay təcrübə topladıqdan sonra akademiyadan iş təklifi aldım. Burda da 1 il çalşdıqdan təcrübə topladıqdan sonra, PASHA Bankda UX/UI dizayner vakansiyası üzrə müraciət edib, işə başladım.
Hər zaman məqsədləri olmasını, çox çalışıb özlərini inkişaf etdirmələrini tövsiyə edərdim.
tədrisi
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Tel +994 12 310 0113 | Mobil/Whatsapp +994 50 444 2633