Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113
Ana səhifə > Məzunlar > Arif Muradov
Marketing sahəsində işləyirdim və iş yerimi dəyişmək istəyirdim. Digital üzrə biliklərə Youtube-dan və digər onlayn resurslardan yiyələnirdim. Lakin nəyi nə üçün etdiyimi başa düşmürdüm. Həll yolu kimi baza təhsili almalı olduğuma qərar verdim. Kiçik araşdırma etdim və tədrisə başladım.
Öncədən də akademiyada Proqramlaşdırma üzrə tədris almışam. Burada olan mühit və tədris keyfiyyətindən xəbərdar idim. Əlavə olaraq Marketing sahəsində yerli bazar üzrə biliklər və təcrübələr də çox vacibdir. Digital Marketinqi tədris edən müəllimlər bu sahə üzrə kifayət qədər biliyə və təcrübəyə sahib müəllimlər idi. Seçimim zamanı əsas bu məqamlara diqqət etmişdim.
Code Academy-də tədrisimi bitirdikdən sonra Bakcell-də Marketing üzrə təcrübəçi kimi işləməyə başladım. Daha sonra Havas Media Azerbaijan şirkətində Digital Marketing mütəxəssisi olaraq işə başladım və 3 aydan sonra Digital Marketing Manager vəzifəsinə yüksəldim. Code Academy-də digital üzrə öyrəndiyim texniki biliklər və bacarıqlar mənə bütün iş yerlərimdə uğurlu olmağa və karyeramda sürətlə inkişaf etməyə çox köməklik etmişdir.
İlk olaraq sahə seçimi etsinlər. Seçim zamanı maddiyata görə və ya sevdikləri peşəni seçim edə bilərlər. Bu kriteriyalar özlərindən aslıdır. Sonradan isə həmin sahə üzrə ehtiyaclarını müəyyən etsinlər. Bu ehtiyaclara uyğun olaraq özlərini inkişaf etdirsinlər. Sahə üzrə ehtiyacı başa düşmədən nəsə etməyə çalışmaq çox çətindir, biləndə isə sürətli inkişaf mümkündür.
tədrisi
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Tel +994 12 310 0113 | Mobil/Whatsapp +994 50 444 2633