Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113
Ana səhifə > Məzunlar > Qurban Şahinoğlu
Tədris mərkəninə yaxınlaşdıqda həddindən çox tələbənin olduğunu gördüm və düşündüm ki, bu qədər insan bir yerdə səbəbsiz ola bilməz. İlk olaraq tələbələrin ingilis dili biliklərinin hansı səviyyədə olduğunu ölçmək üçün testə cəlb olunduğunu görəndə artıq anladım ki, doğru yerdəyəm.
Pullman Hotel, Food & Beverage departamentində işləyirdim.
Təxminən 3 il əvvəl sosial şəbəkədə Code Academy barədə bir reklam qarşıma çıxdı. O an qərar verdim ki, mərkəzlə maraqlanım. Tədris mərkəninə yaxınlaşdıqda həddindən çox tələbənin olduğunu gördüm və düşündüm ki, bu qədər insan bir yerdə səbəbsiz ola bilməz. İlk olaraq tələbələrin ingilis dili biliklərinin hansı səviyyədə olduğunu ölçmək üçün testə cəlb olunduğunu görəndə artıq anladım ki, doğru yerdəyəm.
Uşaqlıqdan kompyüterə çox maraq göstərirdim. Həm onların işləmə mexanizmi, həm əməliyyat sistemleri ve fiziki olaraq hansı detallardan ibarət olduğunu bilmek istəmişəm. Code Academy-yə müraciət etdikdə mənə uyğun olan, istəklərimi özündə əks etdiren ixtisasın Sistem Administratorluğu olduğunu gördüm və bu ixtisası seçdim.
Code Academy-də olan macəram təxminən 9 ay çəkdi. Tədrisin sonunda bizə verilən layihə işlərini uğurla bitirməyimdən çox az müddət keçmişdi ki, Azərsun Holding-də Texniki Destek (Help Desk) şöbəsində iş
başladım. Təbii ki, bu sahədə ilk işim olduğu üçün çox sevincli idim. Holding-də 1 il çalışıb yetərincə təcrübe topladıqdan sonra belə qənaətə geldim ki, irəli addımlamaq lazımdır. Sosial şəbəkələrin birində Paşa Bank-ın İnformasiya Texnologiyaları departamentinde vakansiya elan etdiyini gördüm və CV göndərdim. Təxminən 1 ay ərzində 3 uğurlu müsahibədən keçib burada yuxarıda qeyd etdiyim sahə üzrə kiçik mütəxəssis kimi fəaliyyətə başladım. Hal-hazırda eyni şöbədə mütəxəssis kimi fəaliyyətimi davam etdirirem.
İlk öncə tələbələrə, iş axtaranlara mütəmadi olaraq LinkedIN platformasından istifadə etmələrini tövsiyyə edirəm. Tədris müddətində müəllimimiz Şahin Paşayevin çox böyük əməyi oldu. Əslinde Şahin Paşayevin mənim motivasiyamı yüksəldən çox gözəl bir sözü oldu: – Vaxt gələndə çox yaxşı mütəxəssis olacaqsan:)
Tələbələrə tövsiyyəm çalışın və inanın ki, gələcəkdə çox yaxşı mütəxəssis olacaqsınız!
tədrisi
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Tel +994 12 310 0113 | Mobil/Whatsapp +994 50 444 2633