Praktiki tədris
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Buraxılış işi
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.
Akademik transkript
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Mentor sistemi
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.
Beynəlxalq sertifikat
Tədris proqramlarını uğurla başa vurduqda Code Academy diplomu və beynəlxalq sertifikat əldə etmək haqqı qazanacaqsan.
Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk və tək əlavə təhsil müəssisəsiyik.
Tədris proqramı
280 saatTədris proqramı Digital Memarlıq və 3D sahələrində gələcək planlayanları və fəaliyyət göstərənləri sektorun axtardığı peşəkar mütəxəssisə çevirməyə dəstək olacaq.
1. İşçi layihəsinin AutoCAD ilə yığılması
AutoCAD faktiki olaraq hər sahədə istifadə olunan bir proqramdır. Bu, hər hansı bir çertyoj yaratmaq üçün vasitədir. Sadə cizgilərdən başlayaraq 3D modellərin qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir. Özəl villaların, biznes mərkəzlərinin, fabriklərin, zavodların və s. tikilməsi üçün universal bir vasitədir. İşçi layihəsinə elektrik layihəsinin, döşəmə planının, tavan planının, divar kəsimlərinin, fasadların hazırlanması aiddir.
2. İnteryer və eksteryer dizaynın Revit ilə hazırlanması
Revit proqramı vasitəsilə interyer və eksteryer dizaynda sürətli və detallı nəticə əldə etmək mümkündür. İnteryer dizayn tədrisinə əşya yerləşimi, rənglərin harmoniyası və psixoloji təsirləri, fiziki olaraq materialların tanınması aiddir. Eksteryer dizayn tədrisinə isə, fasadların çəkilməsi, kəsiklərin alınması, dam örtüklərinin konstruktiv qaydaları aiddir.
3. 3Ds Max ilə Modelləşdirmə
3D modelləşdirmə hazırda dünyanın ən populyar 3D istiqamətlərindən biridir. Bu tədrisdə müxtəlif 3D əşyaların modelləşdirilməsi (mətbəx mebeli, divan, kreslo və digər ), modelləşdirilmiş əşyaların müxtəlif qlobal saytlarda yerləşdirilməsi və əlavə gəlir əldə etmə yolları öyrədilir.
4. Vizualizasiya
Vizualizasiya modulunda interyer və eksteryer dizaynda süni-təbii işıqlandırmanın analizi, tətbiqi, işıq-kölgə münasibətlərinin qorunması öyrədilir.
5. V-ray və Corona ilə vizualizasiya
V-ray və Corona hazırlanmış səhnələrin realistik vizual şəklində görünməsi üçün güclü vasitələrdir. Bir cisim nə qədər düzgün şəkildə simulyasiya edilərsə, vizual olaraq da bir o qədər düzgün görünəcəkdir. V-ray və Corona ilə vizualizasiya modulunda düzgün material analizi, çoxşaxəli işıqlardan istifadə edərək daha realistik görüntü almaq tədris edilir.
6. Adobe Photoshop ilə post production
Adobe Photoshop ilə post production - Adobe Photoshop şəkillərin sonradan işlənməsi, həmçinin tekstur yaratmaq və müxtəlif effektlər əlavə etmək üçün çox güclü məhsul – təqdimat proqramıdır. Adobe Photoshop-un əsas xüsusiyyətlərini bilmək realistik vizualizasiya ilə işləmək üçün vacibdir.
Gələcəyi inşa edənlər #məzunlarburada
Şəlalə Mirzəyeva
İnteryer dizayner / Freelance
"İşimi çox sevirəm və mənə bu sevgini aşılayan isə məhz insturktorlarım və daha sonra akademiyadır. Mənim üçün yaxşı təcrübə və ixtisasımın uğurlu başlanğıcı oldu."
Gülnarə Rüstəmova
Eksteryer dizayner / Macar Construction
"Code Academy sayəsində mən daha çox ilhamlandım və öyrəndim ki, hətta əsas ixtisasımdan kənarda da özümü uğurla inkişaf etdirə bilirəm. Şübhəsiz ki, akademiya mənim yeni cəhdlərim üçün düzgün qərar idi."
Rəşad Qasımlı
Təsisçi, memar / Bakı Memalıq Layihələri
"Akademiyada təhsil mühiti ilə yanaşı isti ailə ortamı da mövcuddur. Barcode isə mənə ən doğma məkanlardan biridir. Çünki ilk interyer layihəm elə odur."
Nicat Əsgərov
Mebel dizayner / Mutfakçı
"Code Academy istər təhsil, istərsə də dünya görüşü baxımından həqiqətən bir məktəbdir. Həm iş, həm də şəxsi həyatımda müsbət mənada qatqıları çox oldu. Bunun üçün bütün akademiya ailəsinə və xüsusilə Pərvin İsmayılova dərin minnətdarlığımı bildirirəm."
Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Tədrisi dizayn edənlər #MeetCodeEducator
Sevinc Bağırova
Müəlliminizi siz də tanıyın
Sevinc bakalavr təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində tamamlamışdır. Sahədə olduğu 10 il ərzində müxtəlif təyinatlı obyektlərin layihələnmə və dizayn həllərini həyata keçirmişdir. İlk təcrübəsi şəhər və rayonların baş və inkişaf planları olsa da, daha sonralar 3D modelləmə və dizayn istiqamətini əsas götürmüşdür. Bundan başqa müxtəlif illərdə “Renessans Studio”, “Hoverslighting” LLC, “OMAC” və “Первый Холдинг” kimi şirkətlərlə əməkdaşlıq etmişdir. Gördüyü işlər siyahısına Dərbənd şəhərinin inkişaf planı, şəhərdə ticarət və biznes mərkəzinin memarlıq və dizayn həlli, Naftalan və Salyan şəhərinin baş planları, Moskvada və Bakıda mülki və sənaye binaları daxildir. Ən son olaraq Crocus Construction-nın sifarişi ilə Landau uşaq bağçasının (Nardaran filalı) interyer dizayn həllini həyata keçirmişdir. 22 may tarixindən etibarən isə akademiyamızda Digital Memarlıq və 3D tədris proqramı üzrə İnstruktor olaraq fəaliyyət göstərir.
Tələbələrin işləri
Uğurlu tələbələrimizin işləri ilə tanış ola bilərsiniz.
Bizdən tez-tez soruşurlar
- Ümumi
- Tədris proqramları
- Qəbul
- Qiymət və ödəniş
Code Academy nə ilə məşğuldur?
2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.
Harada yerləşir?
Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.
Gələk əsas məsələyə…
Tədris proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:
Kiçik mütəxəssis
Təcrübə: 2 ilə qədər
15.600 AZN +
Mütəxəssis
Təcrübə: 3 ilə qədər
20.400 AZN +
Böyük mütəxəssis
Təcrübə: 5 ildən çox