Üstünlüklər səni çağırır!
Praktiki tədris
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Buraxılış işi
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.
Akademik transkript
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Mentor sistemi
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.
Beynəlxalq sertifikat
Tədris proqramlarını uğurla başa vurduqda Code Academy diplomu və beynəlxalq sertifikat əldə etmək haqqı qazanacaqsan.
Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk və tək əlavə təhsil müəssisəsiyik.
Tədris proqramı
340 saatTədris proqramı “Offensive” Cyber Security sahələrində gələcək planlayanları və fəaliyyət göstərənləri sektorun axtardığı peşəkar mütəxəssisə çevirməyə dəstək olacaq.
1. Network Fundamentals
Bu modulda şəbəkə modelləri və protokolları, şəbəkə arxitekturasının əsasları tədris edilir.
2. System Engineering Fundamentals
Etik hakerliyin əsasları, hücum modelləri və tipləri, əməliyyat sistemləri, simsiz və simli şəbəkə, veb və mobil platformalara hücum, sızma testləri və kriptoqrafiyanın əsasları tədris edilir.
3. Programming Fundamentals
Bu modulda Antivirus, IDS/IPS, Firewall, WAF, SIEM, VPN, EDR/XDR, Cyber Threat Intelligence, Email Security və Digital Forensics & Incident Response kimi mövzular öyrədilir.
4. Ethical Hacking
Etik hakerliyin əsasları, hücum modelləri və tipləri, əməliyyat sistemləri, simsiz və simli şəbəkə, veb və mobil platformalara hücum, sızma testləri və kriptoqrafiyanın əsasları tədris edilir.
5. Security Engineering
Bu modulda Antivirus, IDS/IPS, Firewall, WAF, SIEM, VPN, EDR/XDR, Cyber Threat Intelligence, Email Security və Digital Forensics & Incident Response kimi mövzular öyrədilir.
6. IT Governance
Modul fərqli kontrol mexanizmləri və onların vacibliyi, IT auditin məqsədi və önəmi, müxtəlif test texnikalarını, ISO 27001 standartlarını əhatə edir.
Təhlükəsizliyi qoruyanlar #məzunlarburada
İsa Seyfullayev
Cyber Security Analyst / Caspian Innovation Center
"Technest təqaüd proqramı çərçivəsində Code Academy-nin elan etdiyi ilk Advanced Cyber Security qrupunun iştirakçısı və məzunlarından biri olduğum üçün çox şadam. Buradan qazandığım gözəl dostluqlar və karyeramda istifadə edə biləcəyim bilik və təcrübələr üçün minnətdaram."
Mirmehdi İbrahimzadə
Incident Responder / PAŞA Bank
"Sevinirəm ki, mən də 14 nəfərlə tədrisə başlayıb, yüksək nəticə ilə bitirən və ən qısa zamanda işə düzələn 13 nəfərdən biri oldum. Technest təqaüd proqramı çərçivəsində açılmış ilk Advanced Cyber Security qrupunun tələbəsi olaraq, kiber hücumlara qarşı müdafiə sistemlərinin təkmilləşdirilməsi, yeni sistemlərin tətbiqini öyrəndik. Tələbəlik müddətində hal-hazırda etdiklərimizi xəyal edirdiksə, hazırda bu Code Academy sayəsində gerçəkləşib. Buna görə də tam əminliklə deyə bilərik ki - Code Academy - xəyalların gerçəkləşdiyi məkandır. "
Vidadi Kərimov
Cyber Security Analyst / SOCAR CIC
"Peşəkar instruktor heyətinin tətbiq etdiyi effektiv tədris metodu sayəsində qazandığım təcrübə və bilik hal-hazırki iş həyatımda müxtəlif kompleks problemlərin həll olunmasında mənə böyük dəstək olur."
Fərrux Məmmədov
Penetration Tester / PAŞA Bank
"Fəxrlə bildirmək istərdim ki, mən də Akademiyamın Technest proqramı çərçivəsində açılmış ilk Advanced Cyber Security qrupunun məzunlarındanam. Tədris zamanı yarış tipli hücum strategiyaları planlayan komandanın tərkibində yer alaraq, bilik və bacarıqlarımı inkişaf etdirdim və bu gün ölkənin ən böyük banklarından biri olan Paşa Bankın kiber təhlükəsizlik komandasının bir üzvü olaraq, hücum simulyasiyaları yaradır və şirkətin qorunma mexanizmlərini sınaqdan keçirirəm."
Nahid Aslanov
Cyber Security Analyst / Azercell
"Code Academy-də aldığım təhsilin karyerama müsbət təsirini ilk dəfə müsahibələr zamanı texniki suallara çox rahat doğru cavab verə bildiyim anda başa düşdüm. Sonrasında başladığım təcrübə proqramında öyrəndiyim bilikləri bir başa tətbiq etməyə başladığımı görəndə doğru yolda olduğuma əmin oldum."
Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Kiber instruktorlarımız #MeetCodeEducator
Nəriman
Əliyev
Saleh
Hacıyev
Natiq
Zeynalzadə
Vüsalə
Ələkbərova
Qasım
Məmmədli
Elmin
İbrahimov
Nicat
Dadaşov
Aynur
İsmayılova
Qasım Məmmədli
Müəlliminizi siz də tanıyın
Qasım 2013-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasının Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin Kompüter elmləri ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. O, karyerasına 2013-2015-ci illərdə Mədəniyyət və Turizm Nazirliyində IT mütəxəssis olaraq başlamışdır. 2016-2021-ci illərdə isə Axundov adına Milli Kitabxanada aparıcı proqramçı vəzifəsində işləmiş, həm də eyni illərdə "Comptech.az" IT avadanlıqların satışı ilə məşğul olmuş və şirkətlərə IT xidmətlər göstəmişdir. 2 ildir ki, SOCAR-da Cənub Qaz Dəhlizində Senior IT Administrator vəzifəsində işləyir. 12 noyabrdan etibarən isə akademiyamıza Sistem və Bulud üzrə instruktor olaraq qoşulmuşdur.
#sertifikatburada (Code Academy)
Kiber Təhlükəsizlik tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.
#sertifikatburada (Fortinet)
Dünyanın aparıcı kiber təhlükəsizlik şirkətlərindən biri olan “Fortinet” ilə yeni akademik tərəfdaşlığımız çərçivəsində Kiber Təhlükəsizlik tədrisimizi onların resursları ilə daha da zənginləşdirərək, tələbələrimizə bir çox üstünlüklər təqdim edirik.
#sertifikatburada (COMPTIA A+)
Bu partnyorluq çərçivəsində akademiyamızda təhsil alan tələbələr CompTIA tədris materialları və sertifikat imtahanlarına güzəştli çıxış imkanı əldə edirlər.
#sertifikatburada (COMPTIA Security+)
Bu partnyorluq çərçivəsində akademiyamızda təhsil alan tələbələr CompTIA tədris materialları və sertifikat imtahanlarına güzəştli çıxış imkanı əldə edirlər.
Bizdən tez-tez soruşurlar
- Ümumi
- Tədris proqramları
- Qəbul
- Qiymət və ödəniş
Code Academy nə ilə məşğuldur?
2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.
Harada yerləşir?
Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.
Hansı tədris proqramları mövcuddur?
Code Academy 7 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, Kiber Təhlükəsizlik.
Online tədrislər olur?
Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.
Dərs zamanı öz kompüterim olmalıdır?
Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.
Rus dilində dərslər var?
Akademiyada dərslər Azərbaycan dilində keçirilir
Qəbul üçün hansı sənədlər lazımdır?
Tədris proqramlarına qeydiyyat üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.
Qeydiyyat neçə yaşdan aparılır?
Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır və tədris proqramlarından asılı olaraq dəyişir.
Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?
Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır. Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir.
Ali təhsilə ehtiyac var?
Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.
İngilis dili vacibdir?
Full stack back-end, Full stack front-end, Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.
Tədris ödənişlidir?
Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir. Proqram məsləhətçilərimiz həftənin 6 günü xidmət göstərir
Niyə qiymət görüş zamanı deyilir?
Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.
Zəmanət verilir?
Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.
Hansı ödəniş formaları mövcuddur?
Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-10 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir. Həmçinin, BirBank kartın varsa tədris proqramlarını aylara bölərək də ödənişi həyata keçirə bilərsən.
Gələk əsas məsələyə…
Tədris proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:
Kiçik mütəxəssis
Təcrübə: 2 ilə qədər
15.600 AZN +
Mütəxəssis
Təcrübə: 3 ilə qədər
40.800 AZN +
Baş Mütəxəssis
Təcrübə: 5 ildən çox