AutoCAD faktiki olaraq hər sahədə istifadə olunan bir proqramdır. Bu, hər hansı bir çertyoj yaratmaq üçün vasitədir. Sadə cizgilərdən başlayaraq 3D modellərin qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir. Özəl villaların, biznes mərkəzlərinin, fabriklərin, zavodların və s. tikilməsi üçün universal bir vasitədir.
İşçi layihəsinə elektrik layihəsinin, döşəmə planının, tavan planının, divar kəsimlərinin, fasad işçi layihəsinin və s. hazırlanması aiddir.
Revit proqramı vasitəsilə interyer və eksteryer dizaynda sürətli və detallı nəticə əldə etmək mümkündür.
İnteryer dizayn tədrisinə əşya yerləşimi, rənglərin harmoniyası və psixoloji təsirləri, fiziki olaraq materialların tanınması və s. aiddir.
Eksteryer dizayn tədrisinə isə, fasadların çəkilməsi, kəsiklərin alınması, dam örtüklərinin konstruktiv qaydaları və s. aiddir.
3D modelləşdirmə hazırda dünyanın ən populyar 3D istiqamətlərindən biridir. Bu tədrisdə müxtəlif 3D əşyaların modelləşdirilməsi(mətbəx mebeli, divan, kreslo və s.), modelləşdirilmiş əşyaların müxtəlif qlobal saytlarda yerləşdirilməsi və əlavə gəlir əldə etmə yolları öyrədilir.
Vizualizasiya modulunda interyer və eksteryer dizaynda süni-təbii işıqlandırmanın analizi, tətbiqi, işıq-kölgə münasibətlərinin qorunması öyrədilir.
V-ray və Corona hazırlanmış səhnələrin realistik vizual şəklində görünməsi üçün güclü vasitələrdir. Bir cisim nə qədər düzgün şəkildə simulyasiya edilərsə, vizual olaraq da bir o qədər düzgün görünəcəkdir.
V-ray və Corona ilə vizualizasiya modulunda düzgün material analizi, çoxşaxəli işıqlardan istifadə edərək daha realistik görüntü almaq və s. tədris edilir.
Adobe Photoshop şəkillərin sonradan işlənməsi, həmçinin tekstur yaratmaq və müxtəlif effektlər əlavə etmək üçün çox güclü məhsul – təqdimat proqramıdır. Adobe Photoshop-un əsas xüsusiyyətlərini bilmək realistik vizualizasiya ilə işləmək üçün vacibdir.